Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Kobaxidze: "Təxribatlar gözlənilir - təxribatçıların məqsədlərin çatmasına imkan verməyək"

572
İrakli Kobaxidze: "Təxribatlar gözlənilir - təxribatçıların məqsədlərin çatmasına imkan verməyək"
Dinləmək üçün basın

"Təxribatlar gözlənilir. Xüsusilə partiya üzvlərimiz və tərəfdarlarımız daxil olmaqla, seçki prosesində iştirak edən hər kəsi hər hansı bir təxribata maksimum sakitlik və səbirlə cavab verməyə çağırırıq. Təxribatçıların…

"Təxribatlar gözlənilir. Xüsusilə partiya üzvlərimiz və tərəfdarlarımız daxil olmaqla, seçki prosesində iştirak edən hər kəsi hər hansı bir təxribata maksimum sakitlik və səbirlə cavab verməyə çağırırıq. Təxribatçıların məqsədlərinə çatmasına imkan verməyək".

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze partiya ofisində keçirilən brifinqdə bildirib.

Kobaxidzenin sözlərinə görə, seçiciləri sakit bir mühitdə səs vermək imkanı ilə təmin etmək vacibdir.

"Bu gün ölkəmiz üçün önəmli bir gündür, önümüzdəki 4 il ərzində hər bir bələdiyyənin inkişafını təyin edən bir gündür.

64 bələdiyyənin hamısında mer olaraq və sakrebulo üzvlərinə ən layiqli namizədləri seçmələri üçün hər bir seçicinin səsi vacibdir.

Buna görə seçiciləri maksimum fəal olmağa çağırırıq.

Seçki məntəqələri bu gün səhər saat 8 -də qanuna uyğun olaraq açıldı və seçki prosedurları hər hansı bir vacib çatışmazlıq olmadan həyata keçirildi və bunun üçün hər bir seçki idarəsinin üzvünə təşəkkür edirik.

Bu gün xüsusilə seçiciləri dinc bir mühitdə səs vermək imkanı ilə təmin etmək vacibdir. Təxribatlar gözlənilir. Xüsusilə partiya üzvlərimiz və tərəfdarlarımız daxil olmaqla, seçki prosesində iştirak edən hər kəsi hər hansı bir təxribata maksimum sakitlik və səbirlə cavab verməyə çağırırıq. Təxribatçıların məqsədlərinə çatmasına imkan verməyək.

Vahid Milli Hərəkata məxsus telekanalları, süni təşviqat yolu ilə seçki mühiti haqqında yanlış təsəvvürlər yaratmamağa çağırırıq.

Seçiciləri bir daha fəal olmağa çağırırıq. Əminik ki, Gürcüstan cəmiyyəti radikal siyasi qüvvələrə müvafiq cavab verəcək və "Gürcü Arzusu" bu seçkilərdə inandırıcı şəkildə qalib gələcək", - İrakli Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →