MSK: "Seçkilərdə iştirak edən bütün tərəfləri yoxlanılmamış məlumatlar yaymamağa çağırırıq"
"Kutaisidə dairə komissiyasının qeydiyyatçı möhürlərini seçki məntəqələrinə təhvil verməyi unutduğuna dair yayılan məlumatlar yalandır".
InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sözçüsü Natia İoseliani məlumat verib.
Onun sözlərinə görə, Kutaisidə bütün seçki məntəqələri açılıb və səsvermə prosesi başlayıb.
"Vətəndaş Seçki Komissiyası"nın guya Kutaisi Dairə Komissiyasının seçki məntəqələrinə qeydiyyatçı möhürlərini təhvil verməyi unutduğuna və seçicilərin qəbul edilməməsi məlumatına gəlincə, bunun yalan olduğunu bəyan edirik, Kutaisidə bütün seçki məntəqələri açılıb və səsvermə prosesi başlayıb. Eyni təşkilatın Laqodexidə doqquzuncu seçki məntəqəsinin açılmaması ilə bağlı yaydığı məlumatlar da yalandır.
Dəfələrlə seçkidə iştirak edən bütün tərəfləri dezinformasiya yaymamağa çağırmışıq və bu gün seçkidə iştirak edən bütün tərəfləri qanuna uyğun hərəkət etməyə, yalan və təsdiqlənməmiş məlumatlar yaymamağa və seçki idarəsinin sakit bir vəziyyətdə seçki prosesini aparmasına mane olmamağa çağırırq", - deyib İoseliani.


