Zaur Darğallı: "İnanırıq ki, bu gün bizim partiyamız və namizədlərimiz inandırıcı şəkildə qalib gələcək"
Marneuli və Qardabaninin majoritar millət vəkili Zaur Darğallı səs vermə prosesində iştirak edib.
InterPress.ge xəbər verir ki, Darğallı hazırda Marneulidə davam edən seçki prosesini qiymətləndirib.
O, seçki prosesinin sakit bir mühitdə davam etdiyini və heç bir ciddi insidentin baş vermədiyini bildirib.
"Xatırladaq ki, Marneulidə seçki prosesi sakit bir mühitdə davam edir və hər hansı ciddi bir insident olmayıb. İnanırıq ki, bu gün bizim partiyamız və namizədlərimiz inandırıcı şəkildə qalib gələcək. Mən Gürcüstanın inkişafına, stabil və Avropa gələcəyinə səs verdim və əminəm ki, bu gün Marneulidə və bütün Gürcüstanda hamı birlikdə qazanacaq", - deyə o söyləyib.
Jurnalistin 48-ci seçki məntəqəsində insidentin baş verdiyi və "Gürcü Arzusu" namizədinin "Milli Hərəkat"ın namizədinə şiddət göstərdiyinə dair yayılan məlumatlarla bağlı sualına gəlincə, Zaur Darğallı "Marenulidə ciddi bir insidentin olmadığını" deyib.
"Hər bir məntəqədən məlumat alırıq və nələrin baş verdiyinə dair aktiv məlumata sahibik. Marneulidə heç bir yerdə ciddi bir insident olmayıb. "Milli Hərəkat"ın fəalları müxtəlif təxribatlar təşkil etməyə çalışırlar, ancaq bütün fəallarımız, tərəfdarlarımız bundan xəbərdardırlar və biz tərəfdən hər şey qaydasındadır", - Zaur Darğallı bəyan edib.


