Marneulidə seçki məntəqəsində qarşıdurma yaşandı
Marneulidə, Qızılhacılı 48 -ci seçki məntəqəsində səs -küy yaranıb.
InterPress.ge xəbər verir ki, adı çəkilən yerdə mübahisə yaşanıb.
Vahid Milli Hərəkat-ın qərargah rəhbəri Qiorqi Mumladzenin dediyinə görə, mübahisənin səbəbi onun karuselə mane olması olub. Hüquq -mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
"Vahid Milli Hərəkatın üzvü Hacımurad Muradov Qızılhacılı majoritar millət vəkili namizədi Ceyhun Çovdarovun hücumuna məruz qaldı. O, xəstəxanaya aparıldı", - deyə Mumladze məlumat verib.
Polis bölməsinin rəisi Ruslan İoseliani hadisə yerindədir.
"Bu barədə məlumat alındı, ancaq həqiqətən də fiziki qarşıdurmanın olub-olmadığını öyrənirik", - deyə o söyləyib.
Ruslan İoselianinin sözlərinə görə, istintaq Cinayət Məcəlləsinin seçki prosesinə maneə törətməyi nəzərdə tutan 162 -ci maddəsi ilə başlayıb.
Qeyd edək ki, sözügedən məntəqədə Parlament deputatı Zaur Darğallı və Qiorqi Mumladze arasında da sözlü qarşıdurma yaşanıb.


