Gürcü Arzusunun Bolnisi merliyinə namizədi Davit Şerazadişvili Bolnisidə, üç nömrəli seçki məntəqəsində səs verib.
InterPress.ge xəbər verir ki, Şerazadişvili seçkiyə həyat yoldaşı ilə birlikdə gedib.
Şerazadişvilinin jurnalistlərə dediyinə görə, o, ölkənin sülhünə və inkişafına səs verib.
"Sülhə, demokratiyaya, bələdiyyəmizin və bütövlükdə Gürcüstanın inkişafına səs verdim!" -deyib Davit Şerazadişvili.
.jpeg)