02 
Okt
2021
16:12
709

XİN başçısı: "Saakaşvilinin saxlanılması ilə bağlı məlumatlar artıq Ukrayna tərəfinə verilib"

"Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin saxlanılması ilə bağlı məlumatlar artıq Ukrayna tərəfinə verilib, çünki keçmiş prezident həmin ölkənin vətəndaşıdır".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani deyib.

Zalkaliani səsvermədən sonra bu mövzuda danışıb.

"Əminəm ki, sakit, rahat bir şəkildə bütün məsələlərlə bağlı izahlarımız olacaq, Ukrayna ilə münasibətlərimiz əvvəlki kimi inkişaf edəcək və bir nəfərin Gürcüstanla Ukrayna arasındakı strateji tərəfdaşlığı girov götürməsi yolverilməzdir. Əminəm ki, bu əlaqələr gələcəkdə çox ciddi dinamizmlə seçiləcək", - deyib Zalkaliani.

Bizimlə əlaqə saxlayın