Fuad Qəhrəmanov: "Marneulidə, N67 seçki məntəqəsində bir sıra qanun pozuntuları qeydə alındı"
"Marneulidə, 67 nömrəli seçki məntəqəsində bir sıra qanun pozuntuları qeydə alındı".
InterPress.ge xəbər verir ki, bu barədə "Ağmaşenebeli Strategiyası - Üçüncü qüvvə"nin majoritar namizədi, partiyanın Marneuli qərargahının sədri Fuad Qəhrəmanov məlumat verib verib.
"67 nömrəli seçki məntəqəsinə 16-17 yaşlarında bir gəncin gətirilib səs vermədə iştirak etdirildiyinə dair məlumat aldım. Həmin video buradakı nümayəndəmiz tərəfindən WhatsApp hesabıma göndərildi. Bu videonu silməsi və kimsəyə göndərməməsi barədə nümayəndəmizə təzyiq göstərirlər. Buraya gələndə buradakı nümayəndəmizi kənarlaşdırmaq istədiklərinə dair qərar qəbul etdiklərini gördüm. Burada saxtakarlıq baş verir. Bu birinci hal deyil. Burada müxalifəti dəstəkləyən şəxslərin bülletenlərinin saxta sayılması üçün bülletenlərin arxasını imzalamırlar. Onlara bu cür çirkin işlərdən əl çəkmələri üçün xəbərdarlıq etdim, ancaq onlar yenə bu çirkinliyə davam etdilər. 16-17 yaşlarında bir gənc buraya səs verməyə göndərilib. Bunu lentə alan nümayəndəmizə isə şərt qoyublar ki, ya qeydə aldığı videonu silməlidir, ya da ki, seçki məntəqəsindən uzaqlaşdırılacaq. Bir çox insan burada bülletenlərin imzalanmadığı barədə mənə məlumat verdi. Eşitdiklərimə görə, bir şəxs bir neçə dəfə səs verib", - deyə o söyləyib.


