02 
Okt
2021
22:23
2951

Marneulidə müxalifət nümayəndəsi döyüldü - Əhməd İmamquliyev

Qızılhacılıda "Qirçi"nin nümayəndəsi İrakli Kveledzeni döyüblər.

InterPress.ge xəbər verir ki, bu barədə "Avropalı Gürcüstan"ın Marneuli merliyinə namizədi Əhməd İmamquliyev məlumat verib.

İmamquliyevin sözlərinə görə, Kveladze başından aldığı xəsarətlərlə təcili yardım qrupu tərəfindən xəstəxanaya aparılıb.

"Qızılhacılı kəndindəki 83 saylı seçki məntəqəsində "Gürcü Arzusu" qrupunun üzvü "Qirçi" partiyasından rayon nümayəndəsi olan İrakli Kveladzeni döydü. İndi xəstəxanada yatır və həkimlər onun vəziyyətini araşdırırlar, pis olduğunu bilirik. Bildiyimə görə, başından xəsarət alıb.

Mübahisə bu gəncin seçkilərin saxtalaşdırıldığı zaman məntəqəyə gəlməsi və saxtalaşdırmağa mane olması zamanı baş verib. Bu bir nəfər 30 kişi tərəfindən döyüldü", - deyib İmamquliyev.

Klinikadan hələlik heç bir şərh verilməyib.

Bizimlə əlaqə saxlayın