Bütün ölkə üzrə yerli özünüidarəetmə seçkilərində "Gürcü Arzusu" 48,56%, "Milli Hərəkat" 31,23%-ə sahibdir.
InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının yerli özünüidarəetmə seçkilərinin ilkin nəticələrində qeyd olunur.
MSK -nın ilkin məlumatlarına görə, ümumilikdə 3743 məntəqədən 1446 məntəqənin (38,63%) səsləri sayılıb.
Qeyd olunan məlumatlara görə, "Gürcü Arzusu - Demokratik Gürcüstan" 237.389 səs (48.56%), "Vahid Milli Hərəkat" 152.665 səs (31.23%), "Qaxariya - Gürcüstan üçün" 33.567 səs (6.87%) aldı.
