Gürcüstanın beş böyük şəhərində ikinci turun olacağı gözlənilir
Tbilisi, Rustavi, Kutaisi, Poti, Batumidə mer seçkilərinin ikinci turunun keçirilməsi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə MSK-nın məlumatında deyilir.
Ancaq mövcud məlumatlara görə, "Milli Hərəkat" 5 böyük şəhərdən 2 -də - Kutaisi və Batumidə liderlik edir.
Tbilisidə 769 seçki məntəqəsindən 320 -nin məlumatları indiyədək sayılıb. "Gürcü Arzusu" nun namizədi Kaxa Kaladze 45,5%-lə birinci yerdə, Milli Hərəkatın namizədi Nika Melia isə 34,13%-lə ikinci yerdədir. "Gürcüstan naminə" partiyasının namizədi Qiorqi Qaxaria isə 8,97% səs toplayıb.
Məlumata görə, Rustavidəki 88 seçki məntəqəsindən 54 -də səslər sayılıb. 54 seçki məntəqəsinə görə, "Gürcü Arzusu" namizədi Nino Laçabidzeyə burada 44,92%, VMH-ın namizədi Davit Kirkitadzeyə 43,81% dəstək verilib.
İndiyə qədər Kutaisidə 124 seçki məntəqəsindən 53 -nün məlumatları sayılıb. Bu şəhərdə "Milli Hərəkat" ın namizədi Xatia Dekanoidze 43.81% ilə liderdir. İkinci yerdə isə "Gürcü Arzusu"nunu namizədi İoseb Xaxaleişvili 41.76%-lə qərarlaşıb.
Potidəki 33 seçki məntəqəsindən 18 -in məlumatları sayılıb. "Gürcü Arzusu" namizədi Beka Vagaradze 47.73% ilə liderdir, Milli Hərəkatın namizədi Qiqi Uqulava isə 37.44% səs toplayıb.
Batumidə 105 məntəqədən 38 məntəqə sayılıb. Sözügedən şəhərdə Milli Hərəkatın namizədi Qiorqi Kirtadze 42,6%-lə liderdir, "Gürcü Arzusu"ndan Arçil Çikovani 41,07%-lə ikinci yerdədir.


