03 
Okt
2021
18:05
945

Zaur Darğallı: "Marneulidə inandırıcı şəkildə qalib gəldik"

"Elan etdiyimiz kimi, Marneulidə inandırıcı şəkildə qalib gəldik.  11 majoritar millət vəkili və mer namizədi böyük bir üstünlüklə qalib gəldi".

InterPress.ge xəbər verir ki, bunu Marneulinin majoritar deputatı Zaur Darğallı deyib.

O, təxribatların da baş verməsinə baxmayaraq, seçkinin əsasən dinc şəraitdə keçdiyini bildirib.

"Milli Hərəkatdan provokasiyalar səsvermə prosesində olduğu kimi səslərin sayılması zamanı da baş verdi. Bunlara  baxmayaraq, hər şey sakitliklə bitdi, qalib gəldik və bu gün də sakitlikdir. Bütün dəstəkçilərimizə təşəkkür etmək istəyirəm.  Bizim tərəfimizdən saxtalaşdırma məsələsinə gəlincə, bu, tamamilə məntiqsizdir, çünki komissiyanın və müşahidəçilərin yarısından çoxu müxalifətin nümayəndələri idi. Buna görə də onların ittihamları birbaşa təxribatdır", - deyib Darğallı.

Marneuli 22-ci Dairə Seçki Komissiyasının sədri Ana İluridzenin sözlərinə görə, Marneuli bələdiyyəsində seçkilərin ikinci turu keçirilməyəcək.  Onun sözlərinə görə, "Gürcü Arzusu" merliyinə namizədi Kənan Ömərov 68,01% səs toplayıb. 

"Vahid Milli Hərəkat 11.826 səs topladı, bu səslərin 26.48% -ni təşkil edir, "Gürcü Arzusu-Demokratik Gürcüstan" 28.837 səs topladı, bu səslərin 64.88%-ni təşkil edir. "Avropalı Gürcüstan" isə 1.106 səs topladı, bu da səslərin 2.28%- ni təşkil edir. 

Mer namizədlərinə gəldikdə, "Avropalı Gürcüstan"ın merliyə namizədi Əhməd İmamquliyev 3,88%, "Vahid Milli Hərəkat"ın merliyə namizədi Eldar Mustafayev 28,11%, Gürcü Arzusu-Demokratik Gürcüstan"ın merliyə namizədi Kənan Ömərov 68,1% səs toplayıb.

Bizimlə əlaqə saxlayın