03 
Okt
2021
18:28
1631

Mixail Saakaşvili Ukraynaya geri göndərilə bilər

"Ukrayna Mixail Saakaşvilinin geri dönməsi məsələsini bütün səviyyələrdə qaldıracaq".  

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Truskaveçkidə keçirilən brifinqdə bildirib.

Zelenski, Mixail Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu və prezident olaraq vətəndaşların geri qaytarılması ilə daim məşğul olduğunu vurğulayıb.

"Xarici İşlər Nazirliyi, Gürcüstanda çalışan səfirliyimiz, Gürcüstanın Ukraynadakı səfirliyi və Nazirlər Kabinetlərimiz arasındakı danışıqlar səviyyəsi də daxil olmaqla bütün qurumlar bu məsələ ilə məşğul olacaq", - Zelenski bəyan edib.

Eyni zamanda Ukrayna Prezidenti Mixail Saakaşvilinin Gürcüstana gəlişi ilə bağlı heç bir şey bilmədiyini və mediadan xəbər tutanda çox təəccübləndiyini qeyd edib.

Bununla birlikdə, Mixail Saakaşvilinin niyə belə hərəkət etdiyini soruşduqda, Zelenski cavabında Saakaşvilinin səhv hərəkət etdiyini cavablandırıb.

"Onun haqqında Ukrayna vətəndaşı kimi düşünməliyəm. Orada yerli seçkilər oldu, yəqin ki, bunu siyasi addım hesab edirdi, bilmirəm. Bu qərardan əvvəlcədən xəbərim yox idi.  Düşünürəm ki, bu səhvdir, o hələ də dövlət hakimiyyətindədir və bu səhvdir, ancaq bütün detalları və dövlətimiz üçün bütün riskləri aydınlaşdırmaq lazımdır", - deyib Zelenski.

Bizimlə əlaqə saxlayın