"Mişaya azadlıq" - Rustavidəki 12 -ci cəzaçəkmə müəssisəsinin qarşısında üçüncü prezidentin tərəfdarlarının mitinqi başlayıb.
InterPress.ge xəbər verir ki, müxalifət üzvləri, fəallar və tərəfdarları bir tələblə toplaşıblar - Mixail Saakaşvilinin azad edilməsi.
Yanğınsöndürmə və təcili yardım briqadaları da hadisə yerinə səfərbər edilib.
