Monteneqro Prezidenti Gürcüstanda rəsmi səfərdədir
Monteneqro Prezidenti Milo Cukanoviç Gürcüstanda rəsmi səfərdədir.
InterPress.ge məlumat verir ki, Gürcüstanın xarici işlər nazirinin müavini Teimuraz Janjalia və Prezident Administrasiyasının nümayəndələrinin qatıldığı rəsmi qarşılanma mərasimi Tbilisi Beynəlxalq Hava Limanında keçirilib.
Monteneqro Prezidenti Gürcüstana səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili ilə üz-üzə görüşlər keçirəcək. İki ölkənin nümayəndə heyətləri arasında geniş tərkibli görüş də keçiriləcək.
Bundan əlavə, Monteneqro Prezidenti işğal xəttinin yaxınlığındakı kəndə səfər edəcək və yerindəcə vəziyyətlə tanış olacaq.
Milo Cukanoviç Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın birliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edəcək.


