Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycan Gürcüstanda olan azərbaycandilli məktəblərə dərslik və metodik vəsait göndərib

1,094
Azərbaycan Gürcüstanda olan azərbaycandilli məktəblərə dərslik və metodik vəsait göndərib
Dinləmək üçün basın

Azərbaycan Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər və metodik vəsait göndərib.

Azərbaycan Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər və metodik vəsait göndərib.

InterPress.ge-nin xəbərinə görə, dərsliklər və metodik vəsaitlər bu gün Azərbaycanın Gürcüstandakı Səfirliyinin vasitəçiliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təqdim edilib.

Səfirliyinin məlumatına əsasən, Gürcüstan tərəfinə 21 adda 17 848 ədəd Ana dili və ədəbiyyatı dərsliyi, həmçinin müəllimlər üçün metodik vəsait çatdırılıb. Bu dərslik və metodik vəsaitlər Gürcüstanın Təhsil və Elm nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanacaq.

Səfirliyin məlumatında qeyd olunub ki, Azərbaycanın Təhsil Nazirliyi Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərir. Bugünədək Azərbaycan Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı soydaşlarımıza 600 minə yaxın dərslik və digər metodik vəsait göndərilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →