Natia Turnava Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri ilə görüşdü
Türkiyənin İstanbul şəhərində Nəqliyyat Nazirlərinin görüşü çərçivəsində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Azərbaycan Nümayəndəliyinin rəhbəri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevlə görüşüb.
InterPress.ge xəbər verir ki, İqtisadiyyat Nazirliyi bununla bağlı məlumat yayır.
Görüşdə nazirlər əlaqənin xüsusilə uğurlu olduğu müxtəlif nəqliyyat sektorları arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir qeyd edib ki, ölkələr arasında koordinasiya olunmuş əməkdaşlıq Avropa-Asiya nəqliyyat dəhlizinə yüklərin cəlb edilməsi prosesini asanlaşdırır və nəticədə hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir. Xüsusilə, müxtəlif regional və beynəlxalq platformalarda birgə təqdimatlar keçirmək, profil sərgilərinə qatılmaq və digər tədbirlər həyata keçirməkdən söhbət gedib.
“Bakı-Tbilisi-Qars dəmir yoluna xüsusi diqqət yetirildi, bunun üzərində Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətləri İstanbul Nazirlər Kabinetində xüsusi protokol imzaladılar. Dəmir yolu xəttinin vaxtında tamamlanmasının vacib olduğu bildirildi. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan konteynerlərin sayının artdığı vurğulandı.
Görüşdə kommunikasiya, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq məsələləri də müzakirə edilidi”, - məlumatda deyilir.


