08 
Okt
2021
14:47
647

Beka Basilaia: "Cəzaçəkmə müəssisəsində Mixail Saakaşviliyə televizor və əlavə döşək verildi"

Gürcüstanın keçmiş prezidentinin vəkili Beka Basilaianın sözlərinə görə, cəzaçəkmə müəssisəsində Mixail Saakaşviliyə televizor və əlavə döşək verilib.

InterPress.ge xəbər verir ki, Basilaia bu barədə jurnalistlərə Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsindən çıxarkən danışıb.

Onun sözlərinə görə, Saakaşvilinin hələ də zəng etmək hüququ yoxdur və bu, prokurorluq tərəfindən qadağan edilib.

"Televizoru var, əlavə döşək də gətirdilər. Daha əvvəl də döşəyi var idi, ancaq o ibtidai, insani tələbatları ödəmirdi.

Zəngə gəlincə, zəng etməsi prokurorluğun qərarı ilə məhduddur ki, bu da tamamilə qanunsuz qərardır. Ümid edirəm ki, heç olmasa bu dəfə məhkəmə çağırışlardan yüksəkdə duracaq və proses tezliklə təyin ediləcək. Proses gecikdi, amma bəlkə bu gün və ya bazar ertəsi günü məhkəməsi olacaq, həbs qətimkan tədbiri ləğv ediləcək və zəngləri ləğv etmələri üçün heç bir rəsmi imkan olmayacaq", - Basilaia deyib.

Onun sözlərinə görə, valideynləri və uşaqları bazar ertəsi günü Saakaşvili ilə görüşmək imkanı əldə edəcəklər. Penitensiar xidmətdə şəxsi həkimin xahişi ilə yazılan ərizəyə gəlincə, Basilaianın dediyinə görə, indiyə qədər heç bir cavab yoxdur.

"Valideynləri və uşaqları onunla görüşmək istəyir. Bazar ertəsi bu görüşün baş tutacağını gözləyirik. Ümid edirik ki, bazar ertəsinə qədər heç bir anlaşılmazlıq olmayacaq", - deyə o bildirib.

Eyni zamanda vəkil Mixail Saakaşvilinin səhhətindən danışıb və 8 günlük aclıq aksiyası fonunda sağlamlıq vəziyyətinin pisləşəcəyinin gözlənildiyini qeyd edib.

Bizimlə əlaqə saxlayın