08 
May
2020
15:49
2164

Vladimir Zelenski Gürcüstanın Ukraynadan öz səfirini geri çağırmasına münasibət bildirdi

Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşvilinin Ukraynanın Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin başçısı təyin edilməsi ilə əlaqədar Gürcüstan tərəfinin Kiyevdəki səfirini geri çağırmasını səhv addım kimi dəyərləndirib.

InterPress.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, V.Zelenskinin bu barədə açıqlaması Ukraynanın "Naş" telekanalı yayımlanıb.

“Bizim Gürcüstanla və gürcü xalqı ilə əla münasibətlərimiz var. Nə baş verməsindən asılı olmayaraq, Gürcüstandakı səfirimizi geri çağırmaq fikrində deyilik. Hesab edirəm ki, bu, Gürcüstan tərəfinin səhvidir. Mənə elə gəlir ki, məsləhətləşmələrdən sonra bütün tərəflər bunu başa düşəcəklər ki, hər bir ölkənin kadr siyasəti bu ölkəyə və bu ölkədə yaşayan vətəndaşlara aiddir”, - Ukrayna Prezidenti jurnalistlərə bildirib.

Xatırladaq ki, V.Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Ukraynanın Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin başçısı vəzifəsinə təyin edib. Buna cavab olaraq Gürcüstan hökuməti Kiyevdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər