10 
Okt
2021
21:03
2634

Qaydalar sərtləşdirilə bilər - AÇIQLAMA

"Koronavirus hallarında sıçrayışlı bir artım olarsa və bu, davam edərsə, əlbətdə ki, müəyyən qaydaların sərtləşdirilməsi məsələsi gündəmə gələcək".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Onun sözlərinə görə, həll yolu vaksinasiyadır.

"Halların sayı daha da arta bilər, daha sonra aktiv halların sayında artım, səhiyyə sektorunun yüklənməsi və epidemiyanın pisləşməsini xarakterizə edən bütün yan təsirlər olacaq. Bunu dayandırmağın yeganə yolu vaksinasiyanın intensivliyidir.

Əgər sıçrayışlı bir artım olarsa və belə davam edərsə, əlbətdə ki, müəyyən qaydaların sərtləşdirilməsi gündəmə gələcək. Toplanan immunitet beşinci dalğanı dayandıracaq və yüngülləşdirəcək", - deyib  Qamğrelidze.

Bizimlə əlaqə saxlayın