11 
Okt
2021
14:08
2129

Mixail Saakaşvili xalqa müraciət edir

"Mənə əvvəlcədən yas saxlamaqdansa, əl-ələ vermək və 30 oktyabrda qələbəni qeyd etmək daha doğrudur".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin məktubunda deyilir.

Mixail Saakaşvilinin bəyanatında qeyd edildiyinə görə, indi bütün diqqət seçkilərə yönəldilməlidir. Onun fikrincə, nihilizm düşmənin birbaşa marağıdır.

"Dostlar, hər kəsə bir xahişlə müraciət edirəm - indi seçkidir və bütün diqqət buna yönəldilməlidir. İndi seçkilərin ikinci turu ilə əlaqədar nihilizm səpmək, o cümlədən mənə qayğı göstərmək motivasiyası birbaşa Gürcüstan düşməninin maraq dairəsindədir. Ölkəni bir çox cəhətdən dəyişdirməliyik və bunların arasında təbii ki, ən başlıcası seçkilərdə qalib gəlməkdir. Mən də öz növbəmdə, davam edən aclıq şəraitində belə, 30 oktyabra qədər sağ qalmaq üçün əlimdən gələni edəcəyəm. Mənə əvvəlcədən yas saxlamaqdansa, əl-ələ vermək və 30-da qələbəni qeyd etmək daha doğrudur", - Saakaşvilinin məktubunda qeyd olunub.

Bizimlə əlaqə saxlayın