Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ğaribaşvili: "Saakaşvili 6 il həbsdə qalmalı olacaq"

910
Ğaribaşvili: "Saakaşvili 6 il həbsdə qalmalı olacaq"
Dinləmək üçün basın

"Bugünkü vəziyyətə görə, Saakaşvili 6 il həbsdə qalmalı olacaq. Məhbus Saakaşvili bu reallığı nə qədər tez dərk etsə, özü və komanda yoldaşları üçün bir o qədər yaxşıdır".

"Bugünkü vəziyyətə görə, Saakaşvili 6 il həbsdə qalmalı olacaq. Məhbus Saakaşvili bu reallığı nə qədər tez dərk etsə, özü və komanda yoldaşları üçün bir o qədər yaxşıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili jurnalistlərə bildirib.

Baş nazir Saakaşvilinin Ukrayna tərəfinə təhvil verilib-verilməyəcəyi ilə bağlı suala cavab olaraq bunun mümkün olmadığını söyləyib.

Prezidentin Mixail Saakaşvilini əfv etməsinə gəlincə, Baş nazir qeyd edib ki, prezident Saakaşvilinin saxlanıldığı gün öz mövqeyini bildirib.

"Mümkün deyil, bunu yüz faiz təsdiq edirəm. Əvvəla, kimsə onun təhvil verilməsini istəmir, istəsələr belə, heç kim verməyəcək və ən azı 6 ildən sonra istənilən ölkəyə gedə bilər.

Prezident Salome Zurabişvili, eyni axşam Saakaşvili saxlanılanda, bunun söz mövzusu olmadığını və bu məsələnin bağlandığını söylədi", - deyib İrakli Ğaribaşvili.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →