11 
Okt
2021
16:12
695

Ğaribaşvili: "Zərər çəkən ailələrə mənzil və pul təzminatı veriləcək"

Batumidə binanın çökməsindən zərər çəkən ailələrə mənzil və pul təzminatı veriləcək.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili deyib.

"Əlbəttə, bir daha ailə üzvlərini itirən insanlara başsağlığı vermək istəyirəm və bu bizim üçün böyük bir faciədir. 

Demək istəyirəm ki, Acarıstan hökuməti hər şeyi etdi və biz, mərkəzi hakimiyyət, bu ailələrə ən qısa müddətdə yeni mənzillər verilməsi və pul təzminatı almaları üçün yanlarında olacağıq", - Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, iş icazələrinin verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsi planlaşdırılır.

"İcazələrin verilmə şərtlərini, qaydaları və prosedurları sərtləşdirməyi planlaşdırırıq, ikinci dəfə belə bir səhvə yol verilməməsi üçün ciddi nəzarət edilməlidir. Bildiyiniz kimi, polis artıq bu cinayətdə, bu faciədə əli olan 3 nəfəri saxladı. Buna laqeydlik və ya səhlənkarlıq deyək ... Buna istintaq cavab verəcək, amma biz, hökumət bu ailələrin yanında olmaq üçün əlimizdən gələni edəcəyik", - deyərək Batumidə ölənlərin xatirəsini digər hökumət üzvləri ilə birlikdə ehtiramla yad edib.

Bizimlə əlaqə saxlayın