Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rusiya prezidenti Vladimir Putindən Gürcüstan xalqına təbrik...

2,810
Rusiya prezidenti Vladimir Putindən Gürcüstan xalqına təbrik...
Dinləmək üçün basın

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Gürcüstan, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və…

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Gürcüstan, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna vətəndaşlarını təbrik edib.

InterPress.ge xəbər verir ki, Kremlin Mətbuat Xidməti tərəfindən yayılmış təbrikdə faşizm üzərində qələbə qazanmaq üçün ön cəbhədə rəşadət, arxa cəbhədə fədakarlıq göstərənlərin bütün sadalanan ölkələrdə əziz xatirələrinin hörmət və ehtiramla yad edildiyi bildirilir.

Həmçinin Böyük Vətən Müharibəsinin tarixini təhrif etməyə, nasistlərin və onların dəstəkçilərinin törətdiyi bəşəriyyətə qarşı cinayətlərə bəraət qazandırmağa yönələn bütün cəhdlərin qarşısını almağın vacibliyi də qeyd edilir.

Qəhrəmanların xatirəsi sayəsində sadalanan ölkələr arasında konstruktiv əməkdaşlığın, həmçinin koronavirus pandemiyası və başqa təhlükələri dəf etmək üçün birgə səylərin daha da səmərəli olacağı diqqətə çatdırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →