1 USD =
3.0867 GEL
1 EUR =
3.4849 GEL
1 TRY =
0.2441 GEL
100 RUB =
4.12 GEL
1 AZN =
1.8153 GEL
12 
Okt
2021
10:50
314

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi təşkil olunacaq marafonda iştirak etməyə dəvət edir

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyi (SOCAR), Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunan Marafon təşkil edəcəkdir.

Bu barədə InterPress.ge-yə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, marafon Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Tbilisi şəhərindəki parkdan (ünvan: V.Qorqasali №4) Rustavi şəhərindəki parkadək (ünvan: M.Kostava №12) həyata keçiriləcəkdir. 

Marafona 17 oktyabr 2021-ci il tarixində, saat 10:00-da start veriləcəkdir.

"Qeyd olunan Marafonda 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Marafonda 30 km məsafəni uğurla qət edərək ilk üç yeri tutan şəxslər Səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin “finish” nöqtəsinə çatan digər müsabiqə iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.

Marafonda iştirak etmək istəyən şəxslərdən 2021-ci ilin 16 oktyabr tarixinədək Səfirliyin [email protected] elektron poçt ünvanına yazılı müraciət edərək və ya (+995) 577-60-60-06 nömrəli mobil telefonu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur", - deyə səfirliyin verdiyi məlumatda bildirilir.

 

 

Bizimlə əlaqə saxlayın