Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycandan Gürcüstana gələn Çin vətəndaşlarında "donuz qripi" aşkarlanıb

1,277
Azərbaycandan Gürcüstana gələn Çin vətəndaşlarında "donuz qripi" aşkarlanıb
Dinləmək üçün basın

Yanvarın 25-də Azərbaycandan Gürcüstana gələn Çin vətəndaşlarında "donuz qripi" aşkarlanıb.

Yanvarın 25-də Azərbaycandan Gürcüstana gələn Çin vətəndaşlarında "donuz qripi" aşkarlanıb.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Luqar labaratoriyasında aparılan analizlərin nəticəsində hər iki Çin vətəndaşına H1N1 qrip virusu ("donuz qripi") diaqnozu qoyulub.

Amiran Qamkrelidze bildirib ki, Çin vətəndaşlarında koronavirus aşkar edilməyib, bununla belə, əldə edilən məlumatlar yekun nəticə üçün xaricə göndəriləcək.

Qeyd edək ki, ötən gün Gürcüstanın Kazbegi rayonundan 9 nəfərlik çinli turist qrupu koronavirus şübhəsi ilə təcili yardım maşını ilə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasına aparılıb və xüsusi nəzarətə götürülüb. Eyni ailənin üvzləri olduğu bildirilən qrupda iki azyaşlıda yüksək hərarət müşahidə edilib. Qrupun Çinin Uhan vilayətindən 1300 km uzaqda yerləşən əyalətdən gəldiyi bildirilir.

Çinli turistlər yanvarın 21-də Çindən Bakıya gəlib, yanvarın 25-də isə Bakıdan Gürcüstana yola düşüblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →