Tamar Qabunia epidemioloji vəziyyətdən danışdı
Hal -hazırda xəstəxana sektoruna 9 minə qədər çarpayı səfərbər edilib.
InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda kilinakalarda 4616 pasiyent var ki, bunlardan 255 -i reanimasiyada, 1042-si isə intensiv terapiya şöbəsindədir.
"9 minə qədər çarpayı hələ də səfərbər olaraq qalır, kilinakalarda 4616 pasiyent var, bunlardan 255 -i reanimasiyada, 1042-si isə intensiv terapiya şöbəsindədir.
Vaksinasiya vəziyyətinə gəlincə, bir milyondan çox vətəndaş tək doza ilə aşılanıb, hər iki doza ilə 879.630 nəfər vaksinasiya olunmuşdur ki, bu da yetkin əhalinin təxminən 30% -ni təşkil edir.
Peyvəndləmə proqramına gəldikdə, 50 yaşdan yuxarı insanlarda, həmçinin orqan nəqli, immun sistemi zəifləmiş xəstəliklər də daxil olmaqla hər hansı bir xroniki xəstəliyi olan insanlarda gücləndirici dozaya 6 aydan sonra icazə verilir. Artıq 2 dəfə vaksin olan insanlar ikinci dozadan sonra 6 ay ərzində gücləndirici doza vurdura bilərlər", - deyib Qabunia.


