12 
Okt
2021
14:49
1488

Xüsusi Penitensiar Xidmət Saakaşvili ilə bağlı bəyanat yaydı

Mixail Saakaşvilinin kamerada tək olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi Penitensiar Xidmət məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən / məhkum edilmiş Mixail Saakaşviliyə müəssisəyə daxil olan kimi kamera yoldaşı ilə birlikdə qalmaq təklif edilib, lakin o, qəti şəkildə imtina edib, bu da müvafiq sənədlərlə təsdiqlənir. Buna görə, Mixail Saakaşvili öz qərarına əsasən kamerada tək yerləşdirilib.

“Saakaşvilinin komanda yoldaşlarının onunla görüşə bilməməsi ittihamına gəlincə, bu yalandır və bunu hətta mətbuatda işıqlandırılan məhkum / təqsirləndirilən Mixail Saakaşviliyə gün ərzində çoxsaylı səfərlər də təsdiq edir.

Mixail Saakaşvilinin şəxsi həkiminə gəlincə, o, artıq kənar adam kimi bir neçə dəfə Saakaşvili ilə görüşüb. Buna görə də yenidən ziyarət üçün bütün lazımi sənədləri ilə birlikdə penitensiar xidmətə ərizə təqdim etməli və Mixail Saakaşvili ilə görüşünə haqq qazandırmalıdır. Müəyyən edilmiş qaydaya əsasən, Penitensiar Xidmət onun ərizəsinə baxacaq və cavabı bildirəcək”, - Penitensiar Xidmətin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın