Saakaşvili: "Aclıq aksiyasına son qoymaq niyyətində deyiləm"
"14-də əsas olan şey çox olmağımız və hər kəsə cəmiyyətin ləyaqət və özünə hörmətinin olduğunu göstərməkdir".
InterPress.ge xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti cəzaçəkmə müəssisəsindən daha bir məktub yayımlayıb.
Mixail Saakaşvili mübarizə yoldaşlarını və cəmiyyəti fəal hərəkətlərə çağırıb.
O bildirib ki, 14 oktyabra planlaşdırılan aksiya çoxsaylı olmalıdır, çünki qələbə yalnız gündəlik mübarizə ilə əldə edilə bilər.
Eyni zamanda, Mixail Saakaşvili aclıq aksiyasına son qoymaq niyyətində olmadığını bildirib, çünki bu onun mübarizəsi üçün son vasitəsidir.
"Cəmiyyəti zəiflətmək cəhdlərinə bütün bölgələrdə səslərin qorunması uğrunda mübarizə, hədə -qorxu və rüşvətin sənədləşdirilməsi, komissiyalar, məhkəmələr qarşısında mitinqlər kimi aktiv hərəkət edərək cavab verməliyik. 14-də əsas olan şey çox olmağımız və hər kəsə cəmiyyətin ləyaqət və özünə hörmətinin olduğunu göstərməkdir. Sağlamlığımın gündən -günə pisləşməsinə baxmayaraq, heç bir halda aclığı dayandırmayacağam, çünki bu indi əlimdəki son mübarizə vasitələrindən biridir. Əlbəttə ki, ikinci turdan əvvəl azad olunmağımı istərdim ki, sizinlə qaçılmaz qələbəni müdafiə edim, amma bunun üçün, təkrar etdiyim kimi, çoxsaylı olmağa və nizamlı hərəkətlərə ehtiyac var. Yalnız fədakar, fəal vətəndaş mövqeyi ilə ölkəmizi açacağıq və o cümlədən mənim üçün konkret nəticələr əldə edəcəyik. 30-da qələbə 30-a qədər gündəlik, dəqiqəlik döyüşlər və əzmlə əldə ediləcək", - Mixail Saakaşvili yazıb.


