09 
May
2020
10:55
1351

Gürcüstanın Baş Naziri Ukraynadan Gürcüstan səfirliyini geri çağrılması ilə bağlı açıqlama verib

"Ukraynadan səfiri konsultasiyalar üçün çağıracağıq, lakin, bu demək deyil ki, ölkənin diplomatik əlaqələrini və ya strateji partnyorluğunu sual altında qoyacağıq".

InterPress.ge xəbər verir ki, bu haqda Qiorqi Qaxaria, Ukraynada Mixeil Saakaşvilinin İslahatlar Şurasının İcra Komitəsinin sədri vəzifəsinə təyin olunması faktını qiymətləndirərkən deyib.

Gürcüstanın baş naziri qeyd etdi ki, Ukrayna ilə partnyorluq sual altında qalmayacaq.

Qiorqi Qaxaria həmçinin qeyd edir ki, Mixeil Saakaşvilinin Odessanın qubernatorluq vəzifəsini təkr etməsindən sonra, Ukrayna ilə münasibət norma çərçivəsinə qayıtsın deyə şəxsən özü bu istiqamətdə prosesə qoşulmuşdu

Qeyd edək ki, Ukrayna prezidenti, Vladimir Zelesnki Gürcüstanın keçmiş prezidenti, Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilini İslahatlar Şurasının İcra Komitəsinin sədri vəzifəsinə təyin etdi.

Bizimlə əlaqə saxlayın