Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ukrayna xarici işlər naziri: "Saakaşvili Ukrayna vətəndaşıdır və vətəndaşlarımızı çətin vəziyyətdə qoymayacağıq"

1,308
Ukrayna xarici işlər naziri: "Saakaşvili Ukrayna vətəndaşıdır və vətəndaşlarımızı çətin vəziyyətdə qoymayacağıq"
Dinləmək üçün basın

Ukraynalı diplomatlar Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə daim əlaqədədirlər.

Ukraynalı diplomatlar Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə daim əlaqədədirlər.

InterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba brifinqdə deyib.

"Biz Mixail Saakaşvili ilə daim əlaqə saxlayırıq, vəkillər və konsul onunla maneəsiz əlaqədədir. Bir neçə dəfə onunla söhbətimiz olub, onun və vəkillərinin mövqeyini  aydınlaşdırmışıq", - Kuleba bildirib.

Nazir əlavə edib ki, Ukrayna Xarici İşlər Nazirliyi hazırda işin hüquqi tərəfini öyrənir və istifadə olunacaq alqoritmi seçir.

"Bir daha deyirəm ki, Saakaşvili Ukrayna vətəndaşıdır və vətəndaşlarımızı xaricdə çətin vəziyyətdə qoymayacağıq. Bu səbəbdən hansı yolla gedəcəyimizə qərar verdikdə və bu, yalnız ekstradisiya olmaya bilər, bu barədə sizə məlumat verəcəyik", - deyə o bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →