13 
Okt
2021
16:19
470

Akaki Minaşvil: "Əsas və prioritet Mixail Saakaşvilinin azad edilməsidir"

"Əsas və prioritet Mixail Saakaşvilinin azad edilməsidir. O, siyasi məhbusdur, haqsız yerə saxlanılıb və təəssüf ki, bu hakimiyyət ölkəni düşünmək əvəzinə öz şəxsi maraqlarını, xəstə siyasi ambisiyalarını düşünür".

InterPress.ge xəbər verir ki, bunu "Milli Hərəkat" liderlərindən Akaki Minaşvili deyib.

Onun sözlərinə görə, Mixail Saakaşvili öz azadlığını ölkənin azadlığına qurban verən bir insandır.

"Siz Mixail Saakaşvilinin həbsinə beynəlxalq reaksiyanı görürsünüz. Qərb dünyasının, bütün dostlarımızın mövqeyi yekdildir ki, bu siyasi təqibdir və buna son qoyulmalıdır. Bu hakimiyyət şəraitində Gürcüstanın Avropa inkişafı, qərb inkişafı üçün heç bir perspektivi yoxdur və ölkənin Avropa ailəsinə qoşulmaq şansının olması üçün dəyişiklik lazımdır. Mixail Saakaşvili öz azadlığını ölkənin azadlığına qurban verən bir insandır. Mixail Saakaşvili çox tez azad olunmalıdır və bu, hər kəs üçün vacibdir. Əsas və prioritet Mixail Saakaşvilinin azad edilməsidir. O, siyasi məhbusdur, haqsız yerə saxlanılıb və təəssüf ki, bu hakimiyyət ölkəni düşünmək əvəzinə öz şəxsi maraqlarını, xəstə siyasi ambisiyalarını düşünür", - Akaki Minaşvili bildirib.

Eyni zamanda, o, sabahkı mitinqin əsas mesajının Mixail Saakaşvilinin sərbəst buraxılması olacağını qeyd edib.

"Çox adam toplanacaq, inanın. Ölkədə çox sürətli dəyişikliklərə ehtiyac var. Bu aksiya Mixail Saakaşvilinin azad edilməsinə, ölkənin azad edilməsinə və ölkədə erkən seçkilərin keçirilməsinə xidmət edir", - Minaşvili bildirib.

Bizimlə əlaqə saxlayın