14 
Okt
2021
11:10
1552

Oktyabrın 22 -dək olan hava proqnozu açıqlandı

Oktyabrın 17 -dək Gürcüstanda əsasən yağmursuz hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.

Qərbi Gürcüstanın aran bölgələrində havanın temperaturu +23, +28 dərəcə olacaq.

Şərqi Gürcüstanda +22, +27 dərəcəyə qədər istiləşəcək.

Sinoptiklərin verdiyi məlumata görə, Tbilisidə də yağmursuz hava şəraiti gözlənilir.

Paytaxtda havanın temperaturu +23, +25 dərəcəyə yüksələcək.

Oktyabrın 18 -dən 22 -dək Gürcüstanın demək olar ki, bütün ərazisində yağış gözlənilir. Şərqi Gürcüstanda temperatur nisbətən aşağı enəcək və orta hesabla + 19-20 dərəcə olacaq.

Qərbi Gürcüstanda 18-20 oktyabr tarixlərində havanın temperaturu yağıntıdan asılı olmayaraq eyni dərəcədə qalacaq və əsasən + 23-26 dərəcə olacaq. Ancaq oktyabrın 20 -dən etibarən +19 dərəcəyə enəcək.

Bizimlə əlaqə saxlayın