09 
May
2020
15:39
2527

Xaricdən Gürcüstana dönmək istəyən vətəndaşlarmızın nəzərinə: May ayının uçuş cədvəli

"Bu gün Gürcüstan vətəndaşlarını vətənlərinə qaytarmaq üçün Berlindən reys olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Vladimir Konstantinidi bildirib.

Onun sözlərinə görə, bu reyslə Gürcüstana 180-ə yaxın sərnişin, o cümlədən xərçəng xəstələri, yetkinlik yaşına çatmayanlar, yaşlılar, tələbələr və tranzit sərnişinlər gələcək.

Mayın 8-nə olan məlumata görə, Gürcüstanın diplomatik nümayəndəlikləri 19607 vətəndaşa yerində köməklik edib, 10 155 vətəndə isə hökumətin dəstəyi ilə vətənə gətirilib.

Artıq yerinə yetirilmiş uçuşlara əlavə olaraq may ayında Gürcüstan vətəndaşlarının ölkəyə qaytarılması üçün aşağıdakı uçuşlar planlaşdırılır:

12 may - London-Tbilisi;

15 may - Amsterdam-Tbilisi;

18 may - Larnaka-Tbilisi;

20 may - Afina-Tbilisi;

22 may - Roma-Tbilisi.

Bizimlə əlaqə saxlayın