1 USD =
3.0867 GEL
1 EUR =
3.4849 GEL
1 TRY =
0.2441 GEL
100 RUB =
4.12 GEL
1 AZN =
1.8153 GEL
14 
Okt
2021
17:56
487

Tbilisidə Azadlıq Meydanına doğru yürüş başladı

"Mişaya azadlıq" - bu şüarla bölgələrdən gələn etirazçılarn bir hissəsi artıq Tbilisidə toplanıb.  

InterPress.ge xəbər verir ki, yürüş Birinci Respublika Meydanından başlayıb.

Etirazçılar Azadlıq Meydanına hərəkət edəcək və saat 18: 00 -da "Milli Hərəkat"ın planlaşdırdığı mitinqə qatılacaqlar.

Mixail Saakaşvilinin sərbəst buraxılmasını tələb edən mitinqə qatılmaq üçün Kaxetidən gələn vətəndaşlar Orbeliani Meydanında toplaşıblar və Azadlıq Meydanına doğru yürüş edirlər.

Eyni zamanda Qərbi Gürcüstanın müxtəlif bölgələrindən olan vətəndaşlar Respublika Meydanında toplaşıblar.  Onların sözlərinə görə, dinc mitinq olacaq.

Etirazçılardan bəziləri, Mixail Saakaşvili həbsdən çıxana qədər Tbilisidə qalmağa və mitinq keçirməyə hazırlaşdıqlarını söyləyiblər.

Hazırda Respublika Meydanında nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə polis səfərbər edilib.

Bizimlə əlaqə saxlayın