15 
Okt
2021
14:38
763

Aleko Elisaşvili: "Dünən şərab içirdim və mitinqdə nə baş verdiyini bilmirəm"

"Dünən şərab içirdim və mitinqdə nə baş verdiyini bilmirəm".

InterPess.ge xəbər verir ki, bu barədə"Vətəndaşlar" partiyasının lideri Aleko Elisaşvili "Milli Hərəkat"ın mitinqindən danışarkən deyib.

Onun qeyd etdiyinə görə, Saakaşvilinin siyasi məhbus olması ilə bağlı heç kimin, o cümlədən Avropa Parlamenti üzvlərinin fikri ilə razılaşmır.

"Avropa parlamentarilərinin dediklərini görmədim, nə edim, dünən dostlarımla bütün gün başqa şeylə məşğul idim və bu səhər birbaşa komitəyə gəldim. Avropa Parlamentinin üzvü ilə yanaşı Saakaşvilinin siyasi məhbus olduğunu deyənlərlə razılaşmıram. Mən belə düşünürəm", - deyə o söyləyib.

Elisaşvilidən din xadimlərinin Mixail Saakaşvilini dəstəkləyən petisiyanı imzalamaq qərarına dair fikirləri də soruşulub. Elisaşvilinin qeyd etdiyinə görə, "Din adamları da daxil olmaqla, hər kəs öz seçimində və mövqeyində sərbəstdir".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər