16 
Okt
2021
18:58
1164

Dairə Seçki Kommisiyaları 2 oktyabr seçkilərini yekunlaşdırdı

Dairə Seçki Komissiyaları, qanuni qüvvədə olan məntəqə seçki komissiyalarının yekun protokollarını və bütün instansiyalar məhkəməsinin qərarını nəzərə alaraq 2 oktyabr seçkilərini yekunlaşdırıb.

InterPress.ge xəbər verir ki, bu barədə MSK sözçüsü Natia İoseliani bildirib.

MSK-dan verilən məlumata görə, Sakrebulo seçkilərinin ikinci turu özünüidarə edən şəhər / özünü idarə edən icmanın mer və majoritar seçki sisteminə əsaslanən 20 özünüidarə edən şəhər və icmada və 42 yerli majoritar dairədə keçiriləcək.

Aşağıdakı seçki subyektləri tərəfindən irəli sürülmüş namizədlər majoritar sistemdə keçiriləcək seçkilərin ikinci turuna keçiblər:

"Növbədənkənar Seçkilər - Vahid Gürcüstan - Demokratik Hərəkat";  "Vahid Milli Hərəkat";  "Lelo";  "Avropalı Sosialistlər";  "Qaxaria - Gürcüstan naminə";  "Azad Gürcüstan (Zaza Xatiaşvili, Kaxa Kukava, Qriqol Jojua)"; "Tamaz Megiauri Vahid Gürcüstan üçün";  "Gürcü Arzusu - Demokratik Gürcüstan";  "Zurab Qirçi Gaparidze: Qirçi - Daha çox Azadlıq";  Təşəbbüs qrupu (tərkibində: Salome Mikelaşvili, Qiorqi Çxaidze, Salome Baramidze, Omar Gğonia, Salome Lominadze) tərəfindən irəli sürülmüş müstəqil namizəd.

Mer seçkilərinin ikinci turunda aşağıdakı seçki subyektləri tərəfindən irəli sürülən namizədlər iştirak edəcək: "Vahid Milli Hərəkat";  "Qaxaria - Gürcüstan naminə";  "Tamaz Megiauri Vahid Gürcüstan üçün";  "Gürcü Arzusu - Demokratik Gürcüstan";  Təşəbbüs qrupu tərəfindən irəli sürülmüş müstəqil namizəd (tərkibində: Amiran Bakanidze, Aleksandre Beridze, Aliko Duğuşi, Davit Çantladze, Valerian Çanava).

MSK -dan verilən məlumata görə, ikinci turun təyin edilməsi ilə bağlı müvafiq qərarı Mərkəzi Seçki Komissiyası bu gün keçiriləcək iclasında qəbul edəcək.

Qanunvericiliyə görə, ikinci tur oktyabrın 30 -da keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər