Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rustavidə Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş marafon keçirildi

501
Rustavidə Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş marafon keçirildi
Dinləmək üçün basın

Gürcüstanda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr edilmiş marafon keçirilib.

Gürcüstanda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr edilmiş marafon keçirilib.

InterPress.ge xəbər verir ki, marafon saat 10:00-da Tbilisidə Heydər Əliyev adına parkdan start götürüb.

300-ə yaxın iştirakçı 30 kilometrlik uzaqlıqdakı Rustavi şəhərinin Heydər Əliyev parkının yaxınlığında yerləşən finiş xəttini birinci keçmək uğrunda yarışıb. Finiş xəttini ilk Gürcüstan vətəndaşı olan 29 yaşlı Daviti Xarazişvili keçib. Qadınlarda isə Ketevan Samosonadze finişi ilk keçən marafonçu olub.

Kişi və qadınlar arasında ilk üç yerin qaliblərinə medal, diplom və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, marafon Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBİ), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →