Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ABŞ-ın keçmiş səfiri Saakaşvilinin həbsinə münasibət bildirdi

1,781
ABŞ-ın keçmiş səfiri Saakaşvilinin həbsinə münasibət bildirdi
Dinləmək üçün basın

Saakaşvilinin həbsi Gürcüstanın imici üçün fəlakətdir.

Saakaşvilinin həbsi Gürcüstanın imici üçün fəlakətdir.

InterPress.ge xəbər verir ki, bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Saakaşvilinin həbsi Gürcüstan hökuməti üçün fəlakətdir. Əvvəlki seçkidə insanlar Gürcü Arzusunun qələbəsiylə razılaşırdılar. Siyasi qütbləşmə və böhranı geridə qoymaq yerinə hakimiyyət yeni böhran yaratdı. Qorxuram ki, Gürcüstan siyasəti daha dərin böhrana gedəcək.

Məni Mixail Saakaşvilinin səhhəti çox narahat edir. Eskalasiyanı aşağı salmaq üçün yol tapmaq lazımdır. Keçmiş prezident Saakaşvili həbsxanada oturur və onun aclıqdan başqa mübarizı mexanizmi yoxdur. Heç kim əbədi ac qala bilməz. Hökumətə təzyiq göstərmək baxımından aclığın mənası buradadır. Əgər mən Gürcüstan hökumətdə olsaydım, deeskalasiya imkanlarının axtarılması haqqında düşünərdim. Bunu etmək imkanları var. Onlardan biri Saakaşvilini 6 il həbsxanada saxlamamaqdır. Onu qiyabi olaraq ittiham ediblər, bu o deməkdir ki, ədalətli olmayıb”, – deyə o bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →