20 
Okt
2021
18:27
4068

Marneulidə zəncirvari qəza baş verdi - Yaralılar var - FOTO/VİDEO

Marneulinin Şulaveri kəndində ağır yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, qəza nəticəsində xəsarət alanlar olub.

Məlumata görə, BMW markalı avtomobil yüksək sürətlə hərəkət edərkən qarşısına çıxan Mersedes markalı avtomobilə daha sonra isə Lada markalı avtomobilə çırpılıb.

Qəza zamanı Lada markalı avtomobilin sürücüsü və sərnişinlər yaralanıb. Sürücünün vəziyyəti ağır olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım və polis cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın