InterPress.ge xəbər verir ki, yanğın paltar obyektlərindən birində başlayıb və digərlərinə keçib.
Məlumata görə, dörd obyektdə mallar yanaraq külə dönüb, altı obyektə isə zərər dəyib. Ümumilikdə 70 kvm ərazi yanıb.
Yaxınlıqda olan obyekt sahibləri mallarını yanğından xilas etməyi bacarıblar.
Hadisə yerinə yanğın yağınsöndürənlər, təcili tibbi yardım və polis cəlb olunub. Hazırda yanğın söndürülüb və yanğının tamami ilə ləğvi işləri davam etdirilir.
Yanğının səbəbi hələki məlum deyil. Hadisə ilə əlaqədar istintaq başladılıb.
