Rustavidə, yeni körpüdə avtomobil qəzası baş verib.
InterPress.ge xəbər verir ki, "Nissan" markalı avtomobilin sürücüsü sükanı çevirə bilməyib və dirəyə çırpılıb.
Qəza nəticəsində sürücü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası və patrul polisi cəlb edilib.
40 yaşlı yaralı kişi "Rustavi" klinikasına yerləşdirilib.
