21 
Okt
2021
14:36
4806

Baş nazir Saakaşvili ilə bağlı açıqlama verdi

"Sərhədi qanunsuz keçmək cinayətdir və prokurorluq Mixail Saakaşviliyə müvafiq cavab verdi".

InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili deyib.

Onun sözlərinə görə, heç kim bu məsələni sual altında qoya bilməz və qoymayacaq.

"Mən bir çox avropalı həmkarımla, dostlarımla danışdım və onlar zarafatla heyrətlənirlər ki, ümumiyyətlə keçmiş prezident bunu necə bacardı ... Birincisi, bu adam ölkəmizin, öz ölkəsinin vətəndaşlığından çıxanda hamı şoka düşdü, bu xəyanət idi, ikincisi, qaçaqmalçılıq yolu ilə, gizlicə, oğru kimi gəldi. Təbii ki, o zaman qanunu pozdu. Sərhədi qanunsuz keçmək cinayətdir və prokurorluq, dövlətimiz müvafiq cavab verdi və yer üzündə heç kim, heç bir ölkə və heç bir normal insan bu məsələni şübhə altına qoya bilməz və qoymayacaq", - İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər