10 
May
2020
16:42
2704

Havalar yaxşılaşır: Qarşıdakı günlərdə Gürcüstanda havanın necə olacağı açıqlandı

Mayın 11 və 12-də Gürcüstanda əsasən yağmursuz hava gözlənilir.

InterPress.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyinin Hidrometeoroloji Proqnozlaşdırma şöbəsinin müdiri Svetlana Nioradzenin məlumat verib.

Məlumata görə, mayın 11-i və 12-də Gürcüstanın qərbində istilər + 23 + 28 dərəcə, Gürcüstanın şərqində isə +19 +24 dərəcə isti olacaq.

“Bu gün bütün Gürcüstan ərazisində aydınlıq olacaq və yağıntılar hər yerdə dayanacaq. Sabahdan etibarən Gürcüstanın əksər hissəsində yağış yağmayacaq, havanın temperaturu yüksələcək. Xüsusilə, mayın 11-i və 12-də Gürcüstanın qərbində istiləşmə +23 +28 dərəcə, şərqində isə +19 +24 dərəcə isti olacaq. Gürcüstanın şərqində bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Tbilisidə yağıntı gözlənilmir.

Mayın 13-də, günün ikinci yarısından etibarən Gürcüstanın qərb bölgəsində nisbətən sərin və rütubətli hava kütlələrinin yayılacağı gözlənilir. Gürcüstanın qərb bölgəsində hər yerdə yağış yağacaq, şərq Gürcüstanın bəzi yerlərində külək yenidən güclənəcək, havanın temperaturu +20 +25 dərəcə olacaq."dedi Svetlana Nioradze.

Bizimlə əlaqə saxlayın