Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Həkim Saakaşvilinin səhhətindən danışdı

543
Həkim Saakaşvilinin səhhətindən danışdı
Dinləmək üçün basın

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Ğipşidzenin sözlərinə görə, Saakaşvilinin səhhəti hər an dəyişə bilər.

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Ğipşidzenin sözlərinə görə, Saakaşvilinin səhhəti hər an dəyişə bilər.

InterPress.ge xəbər verir ki, həkim bu barədə Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsini tərk etdikdən sonra jurnalistlərə bildirib.

O bildirib ki, Saakaşvili aclıq aksiyasını dayandırmaq niyyətində deyil və Qldani həbsxanasının xəstəxanasına aparılmaqdan imtina edir.

“Səhhət dünənki kimidir. Analizlərini öyrəndik, zərər yoxdur.

Mövqeyi eynidir, aclığa davam edir. O, heç bir halda Qldani həbsxana xəstəxanasına getməyə hazırlaşmır.  Təzyiq dəyişkənliyi var. 

Hazırda onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur, lakin 10 dəqiqədən sonra xəstəxanaya yerləşdirilməli ola bilər", - Ğipşidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →