26 
Okt
2021
16:15
2289

Mixail Saakaşvili çağırış etdi

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bütün vətəndaşları seçkilərin ikinci turunda iştirak etməyə çağıraraq bildirib ki, onun və ölkənin azad olunmasının yeganə yolu oktyabrın 30-da seçkilərə getməkdir.

InterPress.ge xəbər verir ki, Mixail Saakaşvilinin məktubunu Senaki merliyinə ümumi müxalifət namizədi Koba Nağopia səsləndirib:

"O, hamını, tamamilə hamını öz azadlığı və ölkəmizin azadlığı üçün yeganə şansın oktyabrın 30-da keçiriləcək seçkilər olduğuna səslədi. O, hər kəsi, hər bir Gürcüstan vətəndaşını fəal olmağa və seçkilərə getməyə çağırdı. Səsverməyə gedən seçicilərin çoxluğu hakimiyyətin ümumi rəqəmləri saxtalaşdıra bilməyəcəyinə və ikinci turun keçirildiyi bütün şəhərlərdə müxalifət namizədinin qalib gələcəyinə zəmanətdir. Onun əsas çağırışı bundan ibarətdir və görür ki, onun azad olması, ölkənin azad olması, əsaslı dəyişikliklərə başlanması və ölkənin inkişafı üçün yeganə yol budur.

Xüsusən də gənclərdən müxalifətin ofislərinə könüllü getmələrini, könüllülər sırasına qoşulmalarını, oktyabrın 30-da fəal olmalarını, iqtidara heç bir saxtakarlıq etmə şansı verməmələrini xahiş edir. O hesab edir ki, bu cür yardımlarda gənclərin rolu çox böyükdür və şəxsən bütün gənclərdən xahiş etdi ki, müxalifətin ofislərinə gəlsinlər və oktyabrın 30-da könüllü olaraq  gürcü xalqının yanında olsunlar ki, “Gürcü arzusu” və İvanişvili saxtakarlığa yol verməsin”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər