11 
May
2020
14:33
656

Arçil Talakvadze: "Gürcü Arzusu" 8 mart razılaşması ilə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirir"

“Gürcü Arzusunu” fərqləndirən odur ki, biz demokratik prinsiplərə sadiqidik və sadiq olmağa davam edirik, hətta fövqəladə vəziyyət zamanı belə demokratik idarəçiliyi möhkəmləndirən məsələlər üzərində işləyirik”

InterPress.ge xəbər verir ki, bu barədə parlamentin sədri Arçil Talakvadze bu günki brifinqdə deyib.

Onun dediyinə görə, martın 8-də, siyasi partiyalar arasında, xarici səfirlərin yanında nail olunan razılaşmadan sonra iki aydan artıq vaxt keçib və “Gürcü Arzusu” 8 mart razılaşması ilə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirir.

“Bu razılaşma ilə, hər bir tərəf üzərinə öhdəlik götürməli idi ki, 2020-ci ilin parlament seçkiləri üçün yeni seçki sistemi müəyyən edilsin və ədliyyə sisteminin qeyri-müvafiq politizasiyasından baş qaçırdılsın.

“Gürcü Arzusu” 8 mart razılaşması ilə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirir, ancaq təəssüf ki, müxalifət ədliyyə sisteminin qeyri-müvafiq politizasiyası istiqamətində təzyiqini artırdı, – dedi Arçil Talakvadze.

Bizimlə əlaqə saxlayın