27 
Okt
2021
14:03
570

Bokuçava: "Yerli seçkilərin ikinci turunda ölkədə insanları manipulyasiya etmək praktikasına mütləq son qoyulacaq"

"Oktyabrın 30-da keçiriləcək yerli seçkilərin ikinci turunda ölkədə insanları manipulyasiya etmək praktikasına mütləq son qoyulacaq".

InterPress.ge xəbər verir ki, bunu "Milli Hərəkat"ın üzvü Tina Bokuçava deyib.

Bokuçava “Gürcü Arzusu”nun Tbilisidə planlaşdırdığı mitinqə münasibət bildirib.

“İvanişvili rejiminin artıq ikisindən başqa heç bir dəstəyi yoxdur. Biri “kriminal aləm”dir və görürük ki, “kriminal aləm”dən istifadə edərək xalqın azad iradəsinə təsir etməyə çalışırlar və ikincisi - inzibati resursdur. Bu, çox təəssüf doğurur, çünki bu insanlar bizim kimi bu ölkənin vətəndaşlarıdır və əminəm ki, onların çoxu vətənpərvərdir, belə bir reallıqda iştirak etmək etmələri onlar üçün çox ağırdır.

Əminəm ki, təzyiqlərə baxmayaraq, onlar düzgün seçim edəcəklər və İvanişvili rejiminin əlində saxtakarlıq alətinə çevrilməyəcəklər. Əminəm ki, dövlət qulluqçusunun və ya özəl sektorda işləyən şəxsin azad seçim etmək hüququ olmadığı ölkədə bu seçkilərlə insanların manipulyasiyasına son qoyulacaq. Bu, 30 oktyabr seçkilərində mütləq başa çatacaq”, - Bokuçava bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər