Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Saakaşvili: "Bu gün səhərdən şəxsi vəkillərimlə əlaqə saxlamağıma tamamilə qadağa qoyuldu"

731
Saakaşvili: "Bu gün səhərdən şəxsi vəkillərimlə əlaqə saxlamağıma tamamilə qadağa qoyuldu"
Dinləmək üçün basın

"Gürcüstanda və Avropada heç vaxt belə şey olmayıb".

"Gürcüstanda və Avropada heç vaxt belə şey olmayıb".

InterPress.ge xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin rəsmi Facebook səhifəsində daha bir məktub paylaşılıb.

Saakaşvilinin yazdığına görə, o, indi gürcü yox, rus həbsxanasındadır, hətta həbsxana işçilərini belə ruslar kimi davranmağa məcbur edirlər.

"Bu gün səhərdən şəxsi vəkillərimlə əlaqə saxlamağıma tamamilə qadağa qoyuldu. Görüş zalında aramızdakı şüşə divar tamamilə bağlanıb ki, bu da artıq sənəd mübadiləsi apara bilməyəcəyimiz deməkdir. Gürcüstanda və Avropada heç vaxt belə şey olmayıb.

Məhkəmə, prokurorluğun olmadığını çoxdan bilirik, indi vəkil də ləğv olundu!

Bu gündən mən aclıqla bağlı hər hansı tədqiqat, müalicə və reanimasiya xidmətlərindən qəti şəkildə imtina edirəm. Bu, hüquq müdafiəçiləri ilə maneəsiz münasibət hüququm bərpa olunana qədər davam edəcək!

Mən praktiki olaraq, gürcü yox, rus həbsxanasındayam, hətta həbsxana işçilərini belə ruslar kimi davranmağa məcbur edirlər.

Bu gün mən Ukraynanın ombudsmanı Lüdmila Denisova ilə görüşdüm, ona çox minnətdaram. O, da özünü Gürcüstanda deyil, Rusiyada hiss etdiyini dedi", - Saakaşvili yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →