11 
May
2020
21:00
801

İrakli Kobaxidze: "Saakaşvili gürcü siyasətinə heç bir zərər verə bilməz"

"Saakaşvili gürcü siyasətinə heç bir zərər verə bilməz, o, öz vəzifəsindən bir tək Ukraynaya ziyan verə bilər".

InterPress.ge xəbər verir ki, bu barədə parlament əksəriyyətinin üzvü, İrakli Kobaxidze bildirib.

Kobaxidzenin də qeyd etdiyi üzrə, Mixeil Saakaşvili ilə bağlı Gürcüstan öz mövqeyini bildirib.

″Ən ağır cinayətlərə görə, mühakimə olunan birinin dövlət xadimi olaraq təyin olunması bizim üçün qəbuledilməz idi. Bu, dövlətçiliyimizin ləyaqətindən irəli gələn bir məsələ idi. Geridə qalanlara gəlincə isə, təbii ki, Saakaşvili gürcü siyasətinə heç bir zərər verə bilməz, mövqeyindən Ukraynaya zərər verə bilər, lakin dostlarımızın, bir zamanlar Saakaşvilinin dövlət xidmətindəki fəaliyyətinin Gürcüstan üçün yaratdığı təhlükəyə oxşar təhlükə ilə üzləşməyəcəyinə ümid edirik“- deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın