Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Mixail Saakaşvili aclıq aksiyası ilə bağlı yeni qərar qəbul etdiyini açıqladı

2,987
Mixail Saakaşvili aclıq aksiyası ilə bağlı yeni qərar qəbul etdiyini açıqladı
Dinləmək üçün basın

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili şura ilə əlaqələri kəsir və aclığı yüngülləşdirən müalicədən imtina edir.

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili şura ilə əlaqələri kəsir və aclığı yüngülləşdirən müalicədən imtina edir. 

InterPress.ge xəbər verir ki, bu barədə onun vəkili Qiorqi Qelxaurinin 12 saylı cəzaçəkmə müəssisəsini tərk etdikdən sonra jurnalistlərə təqdim etdiyi müraciətdə deyilir.
 
“Bildiyiniz kimi, mən hökumətin təyin etdiyi tibbi şura ilə əməkdaşlıq edirdim, yeganə məqsədim seçki gününə qədər minimum iş və düşünmə qabiliyyətimi saxlamaq idi. Mən bu əməkdaşlığı bu gün tamamlayıram. Şura üzvlərinə minnətdaram və təəssüf edirəm ki, hökumət onların əsas tövsiyəsinə məhəl qoymadı. Bu gündən sonra mən daha aclığı yüngülləşdirmək üçün müalicə almayacağam və daha analizlərdən keçməyəcəyəm.

Gürcüstana ona görə gəldim ki, zənn etdim ölkəmiz nəhayət totalitarizmə doğru gedir. Nəhayət bu seçkidə buna son qoymağa və geri addım atmağa çalışmalıyıq. Birinci turda müxalifət həqiqətən də ciddi uğur qazandı və bütün böyük şəhərlərdə ikinci tura keçdi, hətta bir neçə yerdə birinci yeri tutdu", - Saakaşvilinin məktubunda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →